17:46 21.04.2022 727

"Məqsəd 2 klubun Premyer Liqaya gəlməsidir" - Sərxan Hacıyev

“Bugünkü görüşün əsas məqsədi Şamaxı şəhərindəki stadionla tanışlıqdır”.

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Qurum rəsmisi Şamaxı səfəri çərçivəsində jurnalistlərlə dəyirmi masa təşkil edib.

O, Şamaxıdakı yeni stadionun UEFA-nın tələbi ilə tikildiyini söyləyib: “Stadionun inşası üçün maliyyənin böyük hissəsini də qitə futbol qurumu ödəyib. Sonradan “Keşlə”nin Şamaxıya köçməyi variantı yarandı ki, Şamaxıda da futbolun dirçəlməsinə xidmət eləsin”.

- AFFA-nın baş katibi postuna strateji baxımdan qatqınız nə olacaq?
- Bildiyiniz kimi, gündəmin önəmli xəbərlərindən biri də Elxan Məmmədovun FIFA-da vəzifəyə təyin olunması idi. Hesab edirəm ki, Elxan müəllim yeni vəzifəsində Azərbaycan futbolunun inkişafına köməklik göstərəcək. O ki qaldı suala, mənim qarşıma da müəyyən məqsədlər qoyulub. Əsas məqsəd futbolun, futzalın, çimərlik futbolunun inkişafı strategiyasını davam etdirməkdir. Gündəmdə VAR sisteminin tətbiqi məsələsi var. Planımız bunu fevralda tətbiq etmək idi, alınmadı. Bu işi axıra qədər mütləq çatdırmalıyıq. Son elementlər gedir. Yoxlama görüşlərində sınaqdan keçirildi. Normalda VAR sisteminin ölkələrdə işə salma prosesi var. Bəzi ölkələrdə il yarım vaxt lazım olur, bəzi ölkələrdə iki il. Əsas qayda tətbiqdən əvvəl 28 oyunun keçirilməsidir. Plan belədir ki, oyunlar əsasən U-17 və U-19-la arasında keçirilsin. Əsas hədəf odur ki, artıq 28-ci matçda heç bir problem olmasın.
Həmçinin lisenziyalaşdırılma məsələsi gündəmdədir. İki klubun Premyer Liqaya buraxılması müzakirə olunur. Hər hansı bir fors-major olmasa, növbəti mövsümdən çempionatda 10 komanda görəcəyik.

- Elxan Məmmədovun dövründə əsas uğurlar təşkilati işlərdə oldu. Siz təşkilati baxımından uğura çalışacaqsınız, yoxsa milli komandanın nəticələrində?
- Tədbirlərin keçirilməsində Elxan müəllimin, AFFA rəhbərliyinin, dövlətimizin əməyi danılmazdır. Elxan müəllim düşünmürdü ki, yarışları təşkil edək, millinin oyunları kölgədə qalsın. Hər iki sahədə işlər gedib. Milli komanda ilə bağlı da işlər görülür. Bəli, bəzi səbəblərdən əsas millidə ciddi uğurumuz yoxdur. Amma hər iki sahə ölkəmiz üçün vacibdir. Bütün fikri yığmaya yönəldib, təşkilati işi zəif görmək də düz olmaz. Mən birini digərindən fərqləndirməyəcəyəm.

- AFFA-da işləri kim idarə edəcək?
- Elxan müəllim mayın 1-dən fəaliyyətə başlamalı, Fransaya yola düşməlidir. Həmin şöbənin işi əvvəllər FIFA-nın departamentində gedirdi. Sonradan qurum qərrgahlar yaratdı, onlardan biri də Parisdədir. Elxan müəllim də FIFA-nın işçisi olacaq. Digər məsələlər baş katibin səlahiyyətlərinə keçəcək. Ümumi idarəetmə sırf baş katibin səlahiyyətlərində olacaq.

- Siz baş katib təyin olunduqdan qısa müddət sonra Elxan Məmmədov FIFA-dan təyinat aldı. Bu təyinat öncədən gözlənilirdi?
- Mən bu təyinatı son bir neçə gün ərzində dəqiq bildim. Bunlar bir-birinə bağlı olan məsələ deyil. Son günlərdə gələn təklifdir.

- Bölgələrdə futbolun inkişafı üçün hansı planlar var?
- “Şamaxı”nın “Neftçi” ilə oyunu zamanı gözəl ab-hava gördüm. 12-ci oyunçu faktoru da “Şamaxı”ya kömək oldu. Oyunda hiss olunurdu ki, “Şamaxı”nın birinci hissədə önə keçməsində azarkeş dəstəyinin böyük köməyi dəydi. Regionlarda futbolu inkişaf etdirmək lazımdır. Region Liqası matçlarını da izləyirik. Oradadakı ab-havadan da görünür ki, azarkeş amili böyük rol oynayır. Müəyyən layihələr var. 8 komandanın 10-a artırılması bu layihələrdən biridir. Gələcəkdə regionla bağlı başqa layihələrin olması ehtimalı da var. Bu gün üçün əsas məqsəd 2 klubun Premyer Liqaya gəlməsidir. Ümumi məlumata əsasən görünən odur ki, bunlar “Turan Tovuz” və “Kəpəz” olacaq. Hazırda sənədlərin verilməsinə əsasən görünən durum budur. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyası yığılacaq. Orada məlum olacaq ki, bu iki klub Premyer Liqaya hazırdır, ya yox.

- Hakimlik də etmisiniz. Sizcə, hakimlik üçün əsas kriteriya nə olmalıdır?
- Bəli, hakimlik etmişəm. Elə vaxt olub ki, Əliyar Ağayevlə hakimlik etmişəm. Özümü daha çox yan xətt hakimi kimi rahat hiss edirdim. Əsas məsələ qətiyyət və kənarda olanları eşitməməkdir. Hakim ilk dəqiqədən səsə fit verməyə gedirsə, axıra qədər belə olacaq. Bəlkə də, mənim də başıma belə hadisə gəlib. Qərarın üstündə sona kimi dayanmaq vacibdir. Bugünlərdə VAR söhbəti gündəmə gəlib. İndi hakim qərar versə belə, VAR-dakılar qərarı dəyişdirə bilirlər. Baş hakim də öz səhvini düzəldə bilir. Bu üzdən əvvəlki illərlə indini müqayisə etmək çətindir. Məncə, VAR sistemi lazımlı addımdır. UEFA və FIFA vaxtında buna getdi. 2018-ci ildəki dünya çempionatında bu sistem, bəlkə də, çempionun taleyini dəyişdi. Almaniya məhz VAR-a görə qrupda qaldı. Almanlar həmin vaxt qrupdan çıxsaydılar, bəlkə də, çempion olacaqdılar.

- Hansısa uğursuzluq zamanı uşaq futbolu yada düşür. Uşaq futbolu ilə bağlı bir baxış bucağınız var?
- Əsas məsələ liqaların davamiyyətinin təmin olunmasıdır. Liqa olmasa, bu, mümkün deyil. Hazırda davamiyyət normal gedir və dayana bilməz. Bu, bir az texniki sahəyə aiddir. Həmçinin lisenziyalaşdırılma prosesində belə bir məsələ var ki, yüksək liqada oynamaq istəyən klubların mütləq aşağı yaş qrupundan ibarət komandaları olmalıdır. Bu kriteriya heç bir halda dəyişdirilə bilməz. Hansısa yüngülləşdirmə olsa, bəzi komandalar aşağı yaş qrupu komandalarını ləğv edə bilər.

- Həmin şərtlər içinə qadın və futzal komandalarının yaradılması mümkündürmü?
- UEFA bununla bağlı bizə artıq məlumat göndərib. Öz yarışlarında iştirak üçün bunu tətbiq etməyə başlayıb. Ya 2023/24, ya da 2024/25 mövsümündən bu, tətbiq olunacaq. Premyer Liqada iştirak edən komandalarda bu məsələnin tətbiqi gündəmdədir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X