Rusiyalı futbolçu Vladislav Levin Çexiya çempionatının oyununda Ukraynaya dəstək nümayiş etdirən komanda yoldaşlarına qoşulmayıb.
Fanat.Az "Rossiyskiy Futbol: RPL" portalına istinadən xəbər verir ki, Çexiyanın “Slovakko” klubunun formasını geyinən Levin ölkə çempionatının 29-cu turunda Praqa “Sparta”sı ilə oyundan sonra qalmaqalla yadda qalıb.
Qarşılaşma başlamazdan əvvəl hər iki komandanın futbolçuları meydanın mərkəzində düzülərək Ukraynaya dəstəklərini alqışlarla nümayiş etdiriblər. Lakin Levin əl çalmayıb. Rus yarımmüdafiəçi əllərini arxasına gizlədib.
Levinin bu hərəkəti çex azarkeşləri qəzəbləndirib. Fanatlar fəal şəkildə klubu oyunçu ilə müqaviləni ləğv etməyə çağırırlar. "Slovakko" insidentlə bağlı rəsmi açıqlama verməyib.
Emin