"Napoli"nin yarımmüdafiəçisi Pyotr Zielinski bu yay klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Republica" məlumat yayıb.
Xəbərə görə, polşalı futbolçu "Bayern Münhen"in maraq dairəsindədir.
"Napoli" rəhbərliyi də Zielinskini satmağa hazırdır.
Qeyd edək ki, 27 yaşlı futbolçunun neapollularla olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.
Emin