"Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin Rusiya Premyer Liqasının oyunlarına qadın hakimlərin təyinatına icazə verilməsi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sports.ru" 74 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"RPL-də qadın hakimlərin olması normal haldır. Əsas odur ki, yüksək keyfiyyətli hakimlik olsun. Xanımlar psixoloji cəhətdən çox sabitdirlər. Bu, yetərincə ciddi üstünlükdür".
Qeyd edək ki, son iş yeri "Rostov" olan Syomin 2013-2014-cü illər aralığında "Qəbələ"nin baş məşqçisi olub.
Emin