"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haqın alacağı maaş bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
52 yaşlı mütəxəssis İngiltərə təmsilçisində ildə 11 milyon avro qazanacaq.
Niderlandlı çalışdırıcı "Mançester Yunayted"lə müddəti 2025-ci ilin yayında bitəcək müqavilə imzalayıb. Ten Haq hazırda "Ayaks"a baş məşqçilik edir. O, mövsümün sonunda Amsterdam təmsilçisindən ayrılaraq "Mançester Yunayted"də işə başlayacaq.
Nihat