Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Real”la müqaviləni uzadacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabından paylaşım edib.
İddiaya görə, təcrübəli futbolçu İspaniya klubu ilə yeni anlaşma imzalamağa razılıq verib. Tərəflər 2023-cü ilin yayına qədər nəzərdə tutulan sözləşməyə imza atacaq.
Anlaşmanın tam detalları ilə bağlı daha sonra açıqlanacaq.
Mirağa