"Barselona" gələn həftənin əvvəlində uruqvaylı stoper Ronald Arauxo ilə müqaviləni uzatdığını açıqlayacaq.
Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Toni Xuanmarti bu haqda "Twitter"də paylaşım edib.
"Barselona" və Ronald arasında son aylarda gərgin danışıqlar gedib. Futbolçu klubun daha əvvəl ona müqavilənin uzadılması ilə bağlı üç rəsmi təklifini geri çevirib.
4 il əvvəl "Barselona"ya gələn və ildə 900 min avro maaşla klubda ən az əməkhaqqı alan futbolçulardan biri olan Arauxo bundan sonra ən ödənişli heyət üzvü olacaq. Uruqvaylı ona ildə altı milyon avro verən “Arsenal”dan və 8 milyonluq müqavilə təklif edən “Mançester Yunayted”dən də çağırışlar alıb. "Barselona" əməkdaşlığın uzadılması ilə bağlı müqaviləyə bir milyard avro məbləğində təzminat bəndini daxil edib.
Mirağa