13:30 23.04.2022 1059

Komitə rəhbəri idmançılarımızın Antalya turnirinə buraxılmamasından danışdı: "O, heç görmür"

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Fanat.Az-a müsahibəsi

- İlqar müəllim, Antalyadakı Qran-Pri turnirinə yollanan 15 paracüdoçudan 9-u yarışa buraxılmayıb. Onlardan dördü son - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibidir. Həm MPK rəhbəri, həm də Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asssosiasiyasının vitse-prezidenti olaraq sözügedən məsələyə münasibətinizi öyrənmək istərdik.
- Bildiyiniz kimi, cari Paralimpiya tsiklində yeni qaydalar tətbiq olunub. Həmçinin idmançıların tibbi təsnifatında bir xeyli dəyişikliklər olunub. Bir çox xəstəliklər - miopiya, astiqmatizm, o cümlədən göz dibi xəstəliklərinin bəzi dərəcələri artıq paralimpiyaçı statusu daşımaq üçün yetərli sayılmır. Ancaq biz əminik ki, Antalyaya göndərdiyimiz idmançıların göz xəstəliyi yarışlara qatılmaq üçün uyğundur. Sadəcə, bəzisində təsnifat tam bitməyib, bəzisindən isə həkimlər tərəfindən əlavə sənədlər istənilib. Yəni onlar təsnifatdan kəsilməyib. Bu yarışa buraxılmamaları hər şeyin bitməsi demək deyil. Qarşıdakı iki ildə hələ bir neçə dəfə belə yoxlanışlar təşkil olunacaq. Biz inanırıq ki, növbəti yarışlarda tam heyətlə təmsil olunacağıq. Antalyaya ümumilikdə 150 idmançı gəlib, onlardan cəmi 90-ı bu yarışa buraxılıb.

- Bu sayda idmançımızın yarışdan kənarda qalması yığmanın son Paralimpiadadakı yüksək nəticəsindən dolayı, konkret, hansısa qərəz amili ilə bağlı ola bilərmi?
- Belə olduğunu düşünmürəm. Dediyim kimi, digər ölkələrdən də kifayət qədər çox sayda idmançı Qran-Priyə qatıla bilməyəcək.

- Bakı-2015 I Avropa Oyunlarının bürünc medalçısı Zakir Mislimovun yarışa buraxılmaması xüsusilə diqqət çəkdi. Tam görmə məhdudiyyətli idmançının təsnifatdan keçə bilməməsi nə ilə əlaqədar olub?
- Əsas gətiririlib ki, Zakirin göz xəstəliyi klassifikasiyada yer almayıb. Ancaq hamıya məlumdur ki, o, tamamilə görmür. Sadəcə, həkimlər ona konkret hansı diaqnozu qoyacaqlarını bilməyiblər. Qarşıda onun məsələsinə də aydınlıq gətiriləcək. İnanıram ki, Zakir növbəti yarışlara qatıla biləcək.

- Paracüdodakı bəzi yeniliklərə münasibət birmənalı deyil. Xüsusən çəki dərəcələri ilə bağlı mübahisəli məqamlar var. Qarşıda dəyişikliklərin olması mümkündür?
- İndiki qaydalar test xarakteri daşıyır. Paracüdoda lisenziya xalları oktyabrda keçiriləcək Avropa çempionatından sonra hesablanmağa başlayacaq. Ardınca da - noyabrda Bakıda dünya çempionatı təşkil olunacaq. Müəyyən dəyişikliklər ola bilər. Çəki sayının artırılıb-azaldılması söhbət mövzusu deyil. Sadəcə, bəli, çəki dərəcələrinə dəyişiklik edilə bilər. Ola bilər ki, kişilərdə çəki dərəcələri 66-dan, qadınlarda 52 kiloqramdan başlasın.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X