"Mançester Siti"yə keçidi hələ rəsmiləşməyən Erlinq Holand "Real Madrid"ə də qapını açıq qoyub.
Fanat.Az İspaniyanın məşhur AS nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Borussiya Dortmund" rəhbərliyinə klubdan ayrılacağını söyləyib və iki seçiminin ("Mançester Siti" və "Real") olduğunu deyib:
"Səbəb sadədir. Holand ağ formada oynamaq arzusunu həyata keçirmək istəyir. Kilian Mbappe "Real"la müqavilə imzalayana qədər Holand "Mançester Siti"ylə münasibətlərini rəsmiləşdirməyərək gözləmə mövqeyində qalacaq. Futbolda hər şey sürətlə dəyişir. Ancaq Kərim Benzemanın yaxşı formada olması, həmçinin agent Mino Rayola və Holandın atasının tələb etdiyi yüksək komissiya "Real"ın rəhbərliyini soyudub. Əks halda, Madrid klubunun rəhbərliyinin Mbappe ilə Holandı gətirmək fikrindəydi".
Holand 2020-ci ildə "Zalsburq"dan "Borussiya"ya 20 milyon avroya transfer olunub, 23 milyon isə komisiya (8-i atası, 15-i agenti Rayola üçün) haqqı ödənilib.
Mirağa