Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda çoxnövçülükdə 63.650 bal toplayaraq ikinci olub.
Gimnastlar üç lent və iki topla hərəkətlərdə 30.600 bala layiq görülüb. Yığma ötən gün 5 halqa ilə 33.050 bal əldə etmişdi.
İtaliya (64.600) qızıl, İsrail (63.150) komandası isə bürünc medala sahib çıxıb.