Millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komanda 35-ci turun oyunları çərçivəsində səfərdə “Lippştadt”la qarşılaşıb.
Görüş "Şalke-2"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşovun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Şalke-2” bu nəticədən sonra 41 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.