İngiltərə "Aston Villa"sının baş məşqçisi, əfsanəvi Stiven Cerrard çərşənbə günü Velodromun tribunasında "Olimpik Marsel"in "Nant"a qarşı keçirdiyi liqa matçını izlədiyi yerdə görüntülənib.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Football Insider" nəşri Cerrardın Xorvatiya millisinin oyunçusu Duyo Kaleta-Karı izlədiyini iddia edib.
Mənbənin məlumatına görə, müdafiənin lideri olacaq stoperin gətirilməsi "Aston Villa"nın yay" transfer pəncərəsi"ndə prioritetlərindən biridir. O, uzun müddətdir ki, ingilis klublarının maraq dairəsindədir. "Vest Hem" də müdafiəçini ələ keçirməyə çalışır. "Transfermarkt"ın 16 milyon avro olaraq qiymətləndirdiyi və Marsel klubu ilə müqaviləsi bir ildən sonra başa çatacaq Xorvatiya millisinin oyunçusunun "Aston Villa"ya keçəcəyi ehtimal olunur.