Fransa çempionatının “Sent-Etyen” – “Monako” matçı 65-ci dəqiqədə qonaq komanda hesabda 3:1 öndə olarkən yarımçıq qalıb.
Fanat.Az xəbər verir ki, buna səbəb meydan sahiblərinin tribunada pirotexniki vasitələrdən istifadə etməsi olub.
Əvvəlcə qalın tüstü buludu yaradan məşəl yandıran azarkeşlər daha sonra havaya "raket" atmağa başlayıblar. Belədə hakim oyunu dayandıraraq komandaları soyunub-geyimmə otağına göndərib. Azarkeşlər pirotexniki arsenalını sərf etdikdən sonra oyun bərpa olunub ki, fasilə təxminən yarım saat çəkib.
Matçın sonuna kimi daha bir qol vuran “Monako” meydandan 4:1 hesabı ilə qalib ayrılıb.
Mirağa