"Sumqayıt"ın yeni transferi Anatoli Nuriyev nəhayət, klubun düşərgəsinə qoşulub.
"Kimyaçılar"ın idman direktoru Zamiq Hüseynovun Fanat.Az-a verdiyi məlumata görə, on gün əvvəl transferi elan olunan, ancaq məlum səbəbdən Ukraynanı tərk edə bilməyən milli üzvü bu gecə saat 03:00-da Bakıya təşrif buyurub.
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan millisinin üzvü olan Nuriyevin transferini ötən həftə açıqlayaraq futbolçunu Peşəkar Futbol Liqasına sifariş edib. Nuriyev yeni klubunda 91 nömrəli formanı geyinəcək. Ancaq onun bu gün "Zirə" ilə oyunda iştirakı istisna olunur. Çox güman, Anatoli növbəti turda debüt edə biləcək.
Qeyd edək ki, 25 yaşlı forvard son olaraq Ukraynada "Kolos"un formasını geyinib.
Mirağa