"Vest Hem"in futbolçusu Deklan Rays klubun yeni müqavilə təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Digər mənbənin - "Sky Sports"un məlumatına görə, "Çelsi"nin baş məşqçisi Tomas Tuxel Raysa nə qədər yüksək qiymət verdiyi ilə bağlı suala belə cavablandırıb: "Çox yüksək. O, əla formamadır və öz oyunu ilə təəccübləndirir. Rays "Çelsi" akademiyasındandır. Onun oyun tərzi xoşuma gəlir".
Mövcud reallıq Raysın növbəti mövsümdən "Çelsi"də çıxış edəcəyini söyləməyə əsas verir.
Emin