Futbol üzrə Türkiyə I Liqasında 34-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün azərbaybanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
Ankara təmsilçisi doğma meydanda "Menemenspor"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Vüsal bundan əvvəlki 5 oyunda olduğu kimi, bu görüşün də iştirakçısı olmayıb. 26 yaşlı yarımmüdafiəçi yayda klubundan ayrılmağı düşünür.
İsgəndərli "Keçiörengücü"də 23 oyuna çıxaraq 4 qol vurub.