Almaniya millisinin qapıçısı Manuel Noyer "Bayern Münhen" ilə müqavilə yeniləyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı jurnalist Nikola Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Skira 36 yaşlı qolkiperin 1 illik yeni sözləşməyə imza atacağını yazıb.
Qeyd edək ki, Noyerin "Bayern" ilə olan indiki müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək.
Nihat