Azərbaycan karateçiləri Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirini iki medalla başa vurub.
Fanat.Az xəbər verir ki, 68 kq-da çıxış edən qadın idmançı İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev finalda İtaliya təmsilçilərinə uduzaraq gümüş medalla kifayətləniblər.
Həlledici qarşılaşmalarda Zaretska Silvia Semeraro ilə, Ağayev isə Daniele Da Vivo ilə bacarmayıb.
Azərbaycanın digər 2 təmsilçisi - Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qarşılaşmalarında məğlub olublar.