"Samaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının XXIV turunun matçından - "Sabah" ilə səfər oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis komandasının 1:5 hesablı məğlubiyyətini şərh edib:
"Düzdür, bu posta 1 həftədir təyinat almışam. Futbolçularla söhbətimiz oldu. Məşqlərdə canla-başla çalışırdılar. Qələbə, ən azı heç-heçə gözləyirdik. Bu cür məğlubiyyət acıdır. Rəqib həqiqətən yaxşı komandadır. Murad Musayevin gəlişindən sonra böyük dəyişiklik olub. Artıq avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Hər şey göz qabağındadır".