23:17 24.04.2022 444

"Qələbə qazanmasaydıq belə..." - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIV turunun matçından - "Sumqayıt"la səfər qarşılaşmasından sonra ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 39 yaşlı çalışdırıcı komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşü belə dəyərləndirib:

"Bizim üçün gərgin oyun oldu. Çempionatın sonu yaxınlaşdıqca futbolçuların üzərində əlavə psixoloji təzyiq olur. Bunu ilk hissədə də gördük. Birinci yarının çətin keçəcəyini gözləyirdik. İkinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. Sevindirici haldır ki, istəyimizə nail olduq. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım.

Bu, 3-cü yer və avrokuboklar üçün önəmli qalibiyyət idi. Futbolçular ruhdan düşmədilər, mübarizə apardılar. Ən əsası da odur ki, kor-koranə hücum etmədik. Belə çətin səfərdən qələbə ilə qayıtmaq xoşdur. "Sumqayıt" ötən tur "Qəbələ"yə qarşı yaxşı oynamışdı. Hiss olunur ki, komandada canlanma var".

Sadıqov Coşqun Diniyevin çıxışını da dəyərləndirib: "Ehtiyatda oyunçumuz var idi. Sadəcə, əvvəlcə hücum xətini gücləndirdik. Ön xətdə kreativliyi artırmaq üçün Davit Volkov və Ahmed Ayzayanı meydana buraxdıq. Daha bir əvəzetməmiz qalmışdı. Matçın sonlarına yaxın Coşqun Diniyev yorulmuşdu ki, bu da başadüşülən idi. Çünki həm kubok görüşündə, həm də bugünkü qarşılaşmalarda ilk dəqiqələrdən xeyli güc sərf etmişdi. Onu 5-10 dəqiqə tez də əvəzləmək olardı. Amma yaxşı keçirdiyi oyunlardan biri oldu. Top itkilərinə yol verməsi normaldır. Aparıcı futbolçudur. Hücumların qurulmasına yaxından iştirak edir. Əsas futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidir. Bu mənada hər hansı problem hiss etmədim".

Baş məşqçi "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununa da toxunub: "Bu, elə bir oyun idi ki, indiki halda başqa matçı fikirləşə bilməzdik. Kubok görüşlərində şanslar bərabərdir. Uduzdun, kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqəni təmin etmir. Mənim üçün avrokubok yolunda bu qarşılaşma daha önəmli idi. Bu gün bütün fikrimiz bura verdik. Bundan sorna "Neftçi"yə qarşı cavab matçını fikirləşəcəyik. Qarşıda 4 gün var. Rəqib də az güc sərf etməyib. Düşünürəm ki, hər iki komanda üçün şərtlər eyni olacaq. Daha soyuqqanlı və inamlı oynayan komanda növbəti mərhələyə adlayacaq".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X