Futbol üzrə İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Barselona” “Rayo Valyekano”nu qəbul edib.
Kataloniya təmsilçisi bu oyunda minimal hesabla məğlub olub.
Maraqlıdır ki, “Barselona” bu rəqibinə səfərdə də eyni hesabla uduzmuşdu.
İspaniya La Liqası
21-ci tur
24 aprel
Barselona – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 7.