İtaliya çempionatının 34-cü turunda "Latsio" - "Milan" matçının 4-cü dəqiqəsində fərqlənən meydan sahiblərinin hücumçusu Çiro İmmobile cari mövsümdə çempionatda 26-cı qoluna imza atıb.
Beləliklə, 32 yaşlı italiyalı son 6 ildən ən azı üçündə 25-dən çox qol vuran dördüncü futbolçu olub.
Fanat.Az xəbər verir ki, İmmobiledən əvvəl belə bir nailiyyət Lionel Messi, Kristianu Ronaldu və Robert Levandovskiyə məxsus idi.
Təcrübəli forvard 2017/18 mövsümündə A Seriyasında 29, 2019/2020-ci illərdə isə 36 qol vurub.
"İmmobile" 2016-cı ilin yayında Roma klubunda çıxış edir.
İtaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 38 klub oyununa çıxıb, 31 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa