Region Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ilk oyunda səfərdə qalib gələn komandalar - "Qusar", "Xan Lənkəran" və "Cəbrayıl" evdə də sensasiyaya imkan verməyərək yarımfinala adlayıblar.
Region Liqası
1/4 final, cavab oyunları
"Qusar" - "Ağsu Siti" 2:0
(ilk oyun - 3:2)
"Cəbrayıl" - "Energetik" 0:0
(ilk oyun - 2:1)
"Xan Lənkəran" - "Füzuli" 3:0
(ilk oyun 3:1)
Xatırladaq ki, yarımfinalın 4-cü iştirakçısı birbaşa bu mərhəyə qatılacaq Naxçıvan zonasının qalibi olacaq. Muxtar respublikanın təmsilçisi finala vəsiqə uğrunda "Xan Lənkəran"la, "Qusar" isə "Cəbrayıl"la üz-üzə gələcək.
Mirağa