"Real Madrid" "Çelsi"nin futbolçusu Antonio Rüdigerlə şifahi razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano şəxsi "Twitter" səhifəsi üzərindən məlumat yayıb.
O, qeyd edib ki, müqavilə hələ imzalanmayıb. Hələlik tərəflər şifahi olaraq anlaşıb.
"Kral klubu" 29 yaşlı alman müdafiəçi ilə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır. Sözləşmənin detalları tezliklə müzakirə olunacaq.
Emin