PSJ baş məşqçi Maurisio Poçettino ilə müqaviləni vaxtından əvvəl pozacağı üçün təzminat ödəyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Xəbərə görə, argentinalı mütəxəssis müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı klubla razılığa gəlib və bu səbəbdən 15 milyon avro təzminat alacaq.
Təklifi klub rəhbərliyi irəli sürüb və məşqçi bununla razılaşıb. Ancaq bu addım istefaya göndərmək kimi yox, tərəflərin qarşılıqlı anlaşması kimi qeyd olunacaq.
Poçettino mövsümün sonuna kimi vəzifəsini icra edəcək.
Mirağa