"Everton"un baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan derbidə "Liverpul"un qapısına təyin edilməyən penaltidən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 0:2 hesabı ilə uduzan komandanın çalışdırıcısının söylədiklərini belə çatdırıb:
"İkinci hissədə rəqibin qapısına penalti təyin edilməliydi. Düzü, lehimizə qərar verilməməsinə təəccüblənmirəm. Amma Məhəmməd Salaha qarşı bizim qapımızın qarşısında həmin hərəkət edilsəydi, "Liverpul" penalti vurmaq hüququ qazanardı.
Yanlış anlamayın, qarşıdurma yaratmaq istəmirəm. Bu, futbolun reallığıdır. Mən də liqanın ən yaxşı klublarından birində çıxış edəndə müəyyən güzəştlərdən faydalanırdım.
Entoni Qordonun epizodunda da aşkar qayda pozuntusu var idi. Ancaq yenə də hakim fitini səsləndirmədi".
Nihat