Türkiyənin "Fənərbağça" klubunun rəhbərliyi növbəti mövsüm əsas komandaya baş məşqçi axtarır.
Fanat.Az "Sport.ua"ya istinadən xəbər verir ki, yanvarda komandanın başına keçən 60 yaşlı İsmayıl Kartalın rəhbərliyi altında "bülbüllər" yaxşı nəticələr göstərsə də, "Fənərbağça"nın bossları bu mütəxəssislə əməkdaşlığı davam etdirməyi planlaşdırmır.
İstanbul nəhəngi hazırda Ukraynadakı müharibə səbəbindən gələcəyi bəlli olmayan Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku ilə danışıq aparır.
76 yaşlı mütəxəssisin "Fənərbağça"nın "sükanı arxası"na keçmək ehtimalı yüksəkdir.
Emin