Dünən Robert Levandovski 2022-ci ildəki uğurlarına görə nüfuzlu "Laureus" saytının mükafatına layiq görülüb.
Fanat.Az xəbər verir ki, mükafat qazanmasını şərh edən 33 yaşlı futbolçu Ukraynadakı müharibəyə də toxunub.
"Bayern Münhen"in futbolçusunun "Instagram"da paylaşdığı yazını təqdim edirik:
“Peşəkar idmanda uğurun qısa yolu yoxdur. Hamıdan yaxşı olmaq istəyirsənsə, nəyisə qurban verməlisən. Bununla belə, mən inanıram ki, heç bir idmançı təkbaşına uğur qazana bilməz. Ona görə də, mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm!
Nelson Mandela "İdman dünyanı dəyişdirəcək gücə malikdir", - demişdi. Gəlin bu mesajı çox yüksək səslə xatırlayaq və təkrarlayaq. Ukraynada günahsız insanların həlak olduğu vaxtda Mandelanın söylədiyini xatırlamaq yerinə düşər. Sülh olmasa, idman da olmaz!”.
Emin