"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda futbolla vidalaşacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.
34 yaşlı ispaniyalı yarımmüdafiəçi "Monako"nun ikinci komandasının heyətində çıxış edərkən zədələnib və yəqin ki, bu mövsüm bir daha meydana çıxmayacaq. Onun knyazlıq təmsilçisi ilə olan müqaviləsinin müddəti yayda başa çatır və klub çətin ki, Fabreqasla yeni müqavilə imzalasın.
Emin