"Atalanta" üçün cari mövsüm son bir neçə ilin ən zəif mövsümüdür. Bununla belə, klubun direktoru Umberto Marino əmindir ki, baş məşqçi Canpyero Qasperinini istefaya getmək təhlükəsi ilə üz-üzə deyil.
Fanat.Az xəbər verir ki, "Sky İtalia" funksionerin dediklərini belə çatdırıb:
“Mən həmişə deyirəm ki, Qasperininin klubdakı mövqeyi müzakirə olunmur. Baş məşqçinin bu komandaya verdiyi fayda ilə yolumuza davam edəcəyik. Biz həmişə onunlayıq”.
Emin