Dünya boksunun əfsanəsi Vladimir Kliçko 46 yaşına baxmayaraq, rinqə qayıtmaq ehtimalını istisna etmir.
Fanat.Az xəbər verir ki, ukraynalı boksçu bu barədə "Bild" nəşrinə açıqlamasında deyib:
“Mən öyrəndim ki, müharibə olsa da, həyat yolunu unutmaq olmaz. İdman mənim həyatımın bir hissəsidir.
Tayson Fyurinin qalib gəldiyinə şadam. Mənim rinqə qayıdışım? Mən böyük bir şey vəd etmək istəmirəm, amma Ukraynada müharibə tezliklə bitsə və sərhədlərimiz tam şəkildə müəyyən olsa, bəlkə də... Yaxşı formadayamsa, niyə də yox? Corc Formanın rekordunu qırmaq mənim xəyalımdır. Bu, məni hər gün yerimdən qalxmağa və idman etməyə həvəsləndirir. Hər kəsin öz motivasiyası var”.
Emin