İngiltərə Premyer Liqasının ən ödənişli futbolçularının siyahısı açıqlanıb.
Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, birinci pillədə Kriştianu Ronaldu qərarlaşıb.
"Mançester Yunayted"in portuqaliyalı forvardı ildə 31,42 milyon avro qazanır. İkinci pillədə "Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröynedir. De Bröyne illik 24,3 milyon avro əməkhaqqı alır. Üçüncü pillədə "Mançester Yunayted"in ispaniyalı qapıçısı David de Xea mövqe tutub - 22,84 milyon.
Maraqlıdır ki, ilk "beşlik"də MY-nin dörd oyunçusunun adı var. "Qırmızı şeytanlar"ın hücumçusu Ceydon Sanço (21,4 milyon) siyahıda dördüncü, müdafiəçisi Rafael Varan isə (18,6 milyon) beşincidir.
Nihat