"Trabzonspor" klubunun azarkeşləri Türkiyə Super Liqasında "Antalyaspor"a qarşı keçirəcəkləri 35-ci turun oyunundan əvvəl Şuşaya səfər edib.
Fanat.Az xəbər verir ki, klub fanatları Şuşa qalasının qarşısında klubun bayrağını açıblar.
Azarkeşlər Qara dəniz təmsilçisinin dəyişməz ifadəsi olan "Bizə hər yer Trabzon" şüarını səsləndiriblər.
Azerbaycan Karabağ pic.twitter.com/b9OEPrqWrX
— HaberTS (@HaberTScom) April 25, 2022
Aprelin 30-da keçiriləcək "Trabzonspor" - "Antalyaspor" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, çempionluğu təmin edəcək.
Emin