"Ayaks"ın hücumçusu Brayan Brobbi "Mançester Yunayted"in baş məşqçisi təyin edilən Erik ten Haqa zarafatla deyib ki, onu özü ilə İngiltərə klubuna aparsın.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Brobbi "NEC Neymegen"lə oyunda (1-0) baxımlı qol vurub .
Matçın ardından hücumçu Erik ten Haq barədə fikirlərini bölüşüb:
"Mən onun uğurlarına görə çox xoşbəxtəm. "Ayaks" üçün etdiyi hər şeydən sonra o, həqiqətən də "Mançester Yunayted"in baş məşqçisi olmağa layiqdir.
Kaş ki, bir neçə ildən sonra məni özü ilə aparaydı... Yox, yox... Sadəcə, zarafat edirəm".
Emin