"Mançester Yunayted" "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində jurnalist Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar”ın skautları son oyunlarda Milinkoviç-Saviçi izləyib və onun “Mançester Yunayted”də oynamağa hazır olduğu qənaətinə gəliblər.
Futbolçunun agenti Mateya Kejman İtaliyadadır və "Latsio" ilə yarımmüdafiəçi üçün tələb olunan qiyməti müzakirə edir.
Serbiyalı futbolçunun xidmətində "Yuventus" və PSJ-nin də maraqlı olduğu bildirilir.
27 yaşlı Milinkoviç-Saviç 2015-ci ildən "Latsio"da çıxış edir.
Emin