"Yuventus" rəhbərliyi "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonun agentləri ilə əlaqə saxlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Calciomercato” yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı futbolçunun transferinin əsas hədəf olduğunu “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri təsdiqləyib.
Jorjinyo bu mövsüm bütün turnirlərdə 42 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun"Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2023-cü ildə başa çatır.
Emin