"Liverpul" klubunun sabiq müdafiəçisi, hazırda isə İngiltərənin "Sky Sports" telekanalının eksperti Ceymi Karrager hesab edir ki, şənbə günü İngiltərə Premyer Liqasında çempionluq yarışı üçün həlledici ola bilər.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis bu barədə "Sky Sports" telekanalının "Mnaday Night Football" verilişində çıxış edərkən deyib.
Mövsümün qalan hissəsini təhlil edərkən Karrager "Liverpul" və "Mançester Siti"nin həftəsonu risk etməməlirini məsləhət görüb:
"Düşünürəm ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları hər iki komandanı yoracaq. Çempionlar Liqası fiziki və əqli cəhətdən çox enerji tələb edir.
Fərq etməz, uddun və ya uduzdun. Oyundan sonra futbolçular özlərini fərqli hiss edir. Zədə almasan belə, yüksək təzyiq altında oyundan sonra müxtəlif ağrılar meydana gəlir və nəticədə futbolçu növbəti matçda tam gücü ilə oynaya bilmir. Məncə, bu faktorlar çempionluğa əsas namizədlər üçün ciddi təhlükə sayılmalıdır.
Bir neçə həftə əvvəl mənə dedilər ki, "Liverpul" daha çətin oyuna hazırlaşmalıdır, çünki "Nyukasl" əla formadadır. Amma "Siti"nin İPL-in növbəti turundakı rəqibi "Lids"dir. Onlar ("Lids"i nəzərdə tutur) hazırda elə də baxımlı oyunla diqqət çəkmirlər.
Fikrimcə, "Liverpul" və Yürgen Klopp saat 12:30-da oynamaqdan elə də razı deyillər. Lakin "Nyukasl" kimi klubla üz-üzə gəlməkdən danışırıqsa, bəzən 12:30-da oynamaq axşam 18:30-da oynamaqdan daha üstündür. Çünki gündüzlər stadionda başqa cür atmosfer olur".
Xatırladaq ki, “Liverpul” şənbə günü Nyukasla yollanacaq, “Mançester Siti” isə səfərdə “Lids”lə qarşılaşacaq.
Emin