Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Zaqreb "Dinamo"su bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisi yoldaşlıq görüşü çərçivəsində Kiyev "Dinamo"su ilə qarşılaşacaq.
“Maksimir” stadionunda gerçəkləşəcək xeyriyyə oyunu Bakı vaxtı ilə saat 21.00-da başlayacaq və bilet satışından əldə olunan bütün gəlir Kiyev klubunun hesabına köçürüləcək. Klub isə bu pulu ukraynalı qaçqınlara yönləndirəcək.
Humanitar xarakterli qarşılaşma münasibətil iə Xorvatiya komandasının futbolçuları sarı formada çıxış edəcəklər.
Ancaq Mahir Emreli çox güman ki, qarşılaşmada çıxış etməyəcək. Belə ki, Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə (1:0) matçda çiynindən xəsarət alan hücumçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub.
Mirağa