"Mançester Yunayted"in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra yenə ağır uşaqlıq və yeniyetməlik illəri barədə danışıb.
Fanat.Az xəbər verir ki, BBC onun söylədiklərini belə çatdırıb:
"Narkotik satmaq... Supermarketin yanında dilənmək... Televizor satmaq... Bunlardan biri yalandır. Mən heç vaxt televizor satmamışam. Digərləri isə həqiqətdir. Onda mənim 13 yaşım var idi.
Hərdən gecələr zibil qablarını eşələyirdik. Bəzən soyuq burger tapırdıq, bəzən başqa bir şey... Atam ailəmizi tərk edəndən sonra xaos yaşadıq. Futbol məni xilas etdi.
17 yaşım olanda İtaliyaya gəldim. Yaxşı xatırlayıram, ora çatanda bizə yemək verdilər. Sonra öz otağıma geçib idman geyimində divanda əyləşdim. Anama zəng vurub "ana, bura cənnətdir. Bizə yemək verirlər. Boşqabın bir kənarına iki çəngəl, o birinə iki qaşıq qoyurlar", - dedim".
Nihat