16:02 27.04.2022 626

Aslan Kərimov klublarımızın avrokubok şanslarını dəyərləndirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasınını 24-cü turundan sonra turnir cədvəlinə "Qarabağ" başçılıq edir. "Neftçi" 47 xalla 2-ci "Zirə" isə (42) 3-cü pillədə qərarlaşıb. "Sabah" və "Qəbələ" isə 35 xalla 4-5-ci yerləri bölüşdürürlər.

Təcrübəli futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq şansı olan klublarımızla bağlı Fanat.Az-a danışıb.

49 yaşlı veteran öncə çempionatın ümumi mənzərəsini dəyərləndirib:

"Çempionatın sonuna 3 tur qalmış turnir cədvəlinin belə olacağını təsəvvür etmirdim. Söhbət "Qəbələ"dən gedir. Onlardan belə performans gözləmirdim. Çempionat başlayanda komanda ilk "üçlük" uğrunda mübarizə aparırdı. Mövsümdən əvvəl bu klubun maliyyə durumu yaxşı deyildi, ehtiyat oyunçu problemi var idi, müəyyən qədər ruh düşgünlüyü müşahidə olunurdu. Bütün bu faktorlar komandanın uğurlu çıxış edəcəyinə işarə vermirdi. Amma onlar məni sözün yaxşı mənasında, təəccübləndirdilər. Belə bir vəziyyətdə bu cür oyun göstərirsə, bunu "Qəbələ" üçün uğur saymaq olar".

Kərimov daha sonra klubların avrokuboklardakı şanslarını şərh edib:

"Qarabağ" haqda danışarkən deyim ki, onlardan gözləntilər daha böyükdür. Mütamədi olaraq Avropa yarışlarında iştirak edən komanda kimi, onların yüksək səviyyədə çıxış edəcəkləri daha real görünür. UEFA Çempionlar liqasının qrup mərhələsinə düşmək çətin olsa da, ağdamlıların uğurlu oyunla diqqət çəkəcəyi inandırıcıdır. Avroliqanın qrupuna düşəcəklərinə inanıram. "Qarabağ" hazırda belə bir potensiala malikdir. 

"Neftçi" isə Konfrans Liqasında çıxış edəcək. Onların KL-dəki çıxışları da lazım olan səviyyədə ola bilər. 

"Sabah", və ya "Qəbələ"dən hansısa avrokuboklara vəsiqə verən yeri tutacaqsa, onların həmin turnirdə elə də yüksək səviyyədə oynayacaqlarını təsəvvür etmirəm. "Qəbələ"nin heyəti bəlkə də gələcəkdə yaxşılaşsa, nəsə nəticə göstərə bilərlər, amma hazırda onların əllərində olan resurslar bunu deməyə imkan vermir. 

"Sabah" isə qısa zaman kəsiyində həyata keçirdiyi transferlərin sayəsində ilk "dörlük"də yer alıb. Bunu uğurlu transfer siyasəti ilə əlaqələndirirəm. İşlər yaxşı getmədiyi halda, yeni futbolçu cəlb etməyi məsləhət gördülər və bu da öz bəhrəsini verdi. Odur ki, həmin fəlsəfə ilə klub bəlkə də KL-in bir və ya iki təsnifat mərhələsində azarkeşlərini yaxşı mənada təəccübləndirə bilər.

"Zirə"yə gəlincə deyim ki, onlar Avropa səhnəsinə yenicə qədəm qoyacaqlar. Bu sahədə heç bir təcrübələri yoxdur. Təsnifat mərhələsi də daxil hansı səviyyəyə qədər gəlsələr, onlar üçün yaxşı praktika olacaq. Potensialına gəlincə, düşünürəm ki, 1 və ya 2 mərhələ keçmək şansları var. Bəxt amili də vacibdir. İlk dəfə iştirak etdiyin zaman adətən daha güclü rəqiblərlə qarşılaşmalı olursan. Xoşbəxtlik üzlərinə gülsə, özlərinə uyğun rəqiblə qarşılaşıb nəticə göstərə bilərlər".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X