Xəbər verdiyimiz kimi, Azərbaycanın veteran futbolçusu Nazim Əliyevin sağlıq durumunda ciddi problem yaranıb.
Bu barədə saytımıza açıqlama verən Əliyev maddi kömək üçün AFFA-ya müraciət etdiyini bildirib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə məsələ ilə bağlı Fanat.Az-a belə danışdı:
"Təbii ki, Nazim Əliyevin sağlıq durumu ilə bağlı problemdən məlumatlıyıq. Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov onunla mütəmadi əlaqə saxlayır. Bizim özümüz üçün də çox təəccüblü və qəribədir ki, Nazim Əliyev niyə biganəlikdən şikayət edir? AFFA məsələni nəzarətdə saxlayır və müalicəsi ilə bağlı ona yardım göstərilməsi nəzərdə tutulub. Sənədləşmə ilə bağlı prosedur gedir. Yubanma bizim günahımızdan baş verməyib".
Bu arada, redaksiyamızla əlaqə saxlayan Nazim Əliyev AFFA tərəfindən onunla əlaqə saxladıqlarını və yardım göstəriləcəyinin deyildiyini bildirib: "Açıqlamam nəsə düzgün anlaşılmayıb. Əslində, şikayətlənmək niyyətim yox idi. Müraciət edilib. Dedilər ki, yardım olunacaq. AFFA-ya minnətdarlığımı bildirirəm"
Mirağa