Bu gün İtaliya A Seriyasında XX turdan təxirə salınmış 3 matç keçirilib.
Fanat.Az xəbər verir ki, bu matçlarda sürpriz nəticələr qeydə alınıb.
"Fiorentina" öz meydanında "Udineze"yə böyük hesabla uduzub. Çempionluğa əsas namizədlərdən olan "İnter" isə "Bolonya"ya məğlub olaraq liderliyi ələ keçirmək şansını boşa verib. "Atalanta" - "Torino" oyununda qapılara vurulan 8 qol isə qalibi müəyyənləşdirməyə kifayət etməyib.
27 aprel
Fiorentina – Uduneze 0:4
Qollar: Mari, 12, Delafeu, 36, Uollas, 90+1, Udoqie, 90+5
Bolonya – İnter 2:1
Qollar: Arnautoviç, 28, Sansone, 81 - Perişiç, 3
Atalanta – Torino 4:4
Qollar: Muriel, 18, 84-pen, De Ron, 23, Paşaliç, 78 - Sanabria, 4, Lukiç, 36-pen, 63-pen, Froyler, 68-öz qapısına.