İspaniyanın "Levante" klubunun müdafiəçisi Şkodran Mustafinin evi qarət olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "Levante" nəşri məlumat yayıb.
Mənbə hadisənin 25 aprel tarixində yaşandığını bildirib. Xəbərə görə, həmin vaxt Şkodran evdə olsa da, oğruların hədəfinə çevrildiyini yalnız əşyaların yoxa çıxdığını görəndən sonra anlayıb. Belə ki, villanın başqa mərtəbəsində dincələn futbolçu hər hansı səs eşitməyib.
Oğurlanan əşyaların ümumi dəyəri təxminən 1 milyon avrodur. Polis axtarışları davam etdirsə də, indilik ortada real nəticə yoxdur.
Qeyd edək ki, Mustafi 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionatının qalibi olub.
Nihat