Türkiyənin "Göztəpə" klubu baş məşqçisi Stepan Tomas ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.
46 yaşlı xorvatiyalı mütəxəssislə yanaşı, köməkçiləri də istefaya göndərilib. Klub baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Stepan Tomas bu ilin martından "Göztəpə"ni çalışdırırdı.