Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının bütün təyinatları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
29 aprel (cümə)
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”, 17:30
“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”, 20:30
Qeyd edək ki, matçları idarə edəcək baş hakimlərin adlarını ötən gün Fanat.Az açıqlamışdı.