KONMEBOL və UEFA Qitələrarası Gənclər Kubokunun yaradılması barədə razılığa gəliblər.
Fanat.Az xəbər verir ki, yarışda Libertadores Gənclər Kubokunun və UEFA Gənclər Liqasının qaliblərinin oynayacaq.
Avqustda yeni turnirin birinci qarşılaşması baş tutacaq. Uruqvayın "Penyarol" və Portuqaliyanın "Benfika" komandalarının görüşü yarışın ilk matçı kimi tarixə düşəcək.
Xatırladaq ki, daha əvvəl UEFA və KONMEBOL 2020-ci ilin fevralında əldə edilmiş uğurlu Anlaşma Memorandumuna uyğun olaraq 30 iyun 2028-ci ilə qədər yenilənmiş və genişləndirilmiş Anlaşma Memorandumu imzalayıblar.
İlkin razılaşmanın şərtləri qüvvədədir və yenilənmiş Anlaşma Memoranduma Londonda ümumi UEFA/CONMEBOL ofisinin açılması və müxtəlif futbol tədbirlərinin təşkili ilə bağlı xüsusi müddəalar əlavə edilib.
Qeyd olunan tədbirlərdən ilki isə UEFA AVRO-2020-nin çempionu İtaliya ilə CONMEBOL "Copa America 2021"in qalibi Argentina arasında "Finalissima" adı verilən matç olacaq.
Görüşün 1 iyun 2022-ci il tarixində Londonda keçirilməsi nəzərdə tutulub.
Emin