"Bolonya"nın hücumçusu Nikola Sansone A Seriyasının 20-ci turundan təxirə salınmış oyunda "İnter"in qapısından keçirdiyi qələbə qolunu şərh edib.
Fanat.Az "Sky Sport Italia"ya isinadən xəbər verir ki, o, 2:1 hesablı qələbə qazandıqları görüşün ardından belə danışıb:
"Ümid edirəm ki, Maldini vurduğum qolu görüb. O da olmasa, "Milan"dan kimsə izləyibsə, şad olaram. Ola bilsin ki, məni icarəyə götürərlər. Belədə, Çempionlar Liqasında oynamaq arzum reallaşar".
Qeyd edək ki, aprelin 27-də baş tutan "Bolonya" - "İnter" qarşılaşmasında uduzan "qara-göylər" liderliyi əzəli rəqibinə - "Milan"a təhvil vermək məcburiyyətində qalıb.
Nihat