Məşhur futbol agenti Mino Rayola dünyasını dəyişib.
Fanat.Az "Rancredi Palmeri" istinadən xəbər verir ki, o, 54 yaşında ağciyər xəstəliyindən ölüb.
Rayola yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.
Qeyd edək ki, Mino Rayola PSJ-nin qapıçısı Canluici Donnarummanın , "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın, Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın agenti idi.
Nihat