PSJ-nin baş məşqçisi Maurisio Poçettino özünün və ulduz hücumçu Kilian Mbappenin Paris təmsilçisindəki gələcəyi ilə bağlı sualı cavablandırıb:
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano argentinalı çalışdırıcının dediyini öz sosial şəbəkə hesabları üzərindən ictimaiyyətə çatdırıb:
"Bu gün üçün 100 faiz PSJ-də qalıram. Kilian Mbappe də həmçinin".
Qeyd edək ki, Poçettinonun 15 milyon təzminat qarşılığında PSJ-dən ayrılacağı və "Tottenhem"ə baş məşqçi təyin ediləcəyi bağlı informasiyalar yayılıb.
Mbappenin adı isə uzun müddətdir ki, "Real Madrid"lə yanaşı hallanır. Klubla olan müqaviləsinin müddəti 30 iyun tarixində başa çatacaq Fransa millisinin forvardının artıq Madrid klubu ilə şifahi razılığa gəldiyi və azad agent qismində İspaniya nəhənginə keçəcəyi bildirilir.
Nihat