Futbol agenti Mino Rayola mətbuatda ölüm xəbərinin yayılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, şəxsi "Tvitter" hesabında bu barədə paylaşım etdi:
"Səhhətim kiməsə maraqlıdırsa, qeyd edim ki, çox gərgin və əsəbiyəm! Son dörd ayda ikinci dəfə məni öldürürlər. Belə çıxır ki, həm də xortlaya bilirəm".
Rayola 20-dən çox tanınmış futbolçunun agentidir. Onların arasında Zlatan İbrahimoviç ("Milan"), Erlinq Holand (Dortmund "Borussiya"sı), Pol Poqba ("Mançester Yunayted"), Canluicci Donnarumma (PSJ), Matteys de Liqt ("Yuventus") də var.
Nihat